Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:23

Prokuror keçmiş hakim Həsən Əliyevə 10 il iş istəyib


Keçmiş hakim Həsən Əliyev
Keçmiş hakim Həsən Əliyev

Fevralın 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuror dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Prokuror bu işdə təqsirli saydığı digər şəxslərin - Elman Məmmədovun 12 il, Taleh Süleymanovun isə 9 il azadlıqdan məhrum olunmasını tələb edib.

Bu barədə AzadlıqRadiosuna cinayət işində zərərçəkmiş hesab olunan Ramazan Səlimovun vəkili İradə Cavadova məlumat verib.

Hakim öz keçmiş həmkarı və digər şəxslərlə bağlı hökmünü martın 2-də elan etməlidir.

Cinayət mişinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş keçmiş hakim Həsən Əliyev digər şəxslərlə birlikdə 2011-ci ildə iş adamı Ramazan Səlimovdan onu işə düzəltmək adı ilə külli miqdarda – 600 min manat alıb, onun rayonlardan birinə icra hakimiyyətinin başçısı təyin olunmasını vəd edib. Amma sonradan nə bu iş alınıb, nə də pulu vaxtında ona qaytarılıb.
İş adamının şikayətindən sonra keçmiş hakim və onunla birlikdə bir neçə nəfər həbs edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə də hakim Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobud pozması göstərilib.
Keçmiş hakim Həsən Əliytev isə bundan əvvəl Azərbaycan mediasına göndərdiyi məktublarında ittihamları rədd etdiyini, kimlərinsə onu aldadıb tora saldıqlarını yazıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG