Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:48

Fevralın 24-də Çexiyanın şərqində baş verən atışmada azı 8 nəfərin öldüyü bildirilir.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, silahlı adam Uherski Brod şəhərində bara girərək atəş açmağa başlayıb.

Məlumatı daxili İşlər naziri Milan Chovanec də təsdiqləyib.

Məlumatlara görə hücum edən 60 yaşlı kişi sonda özünü də öldürüb.

Bəzi məlumatlarda onun ruhi xəstə olduğu bildirilir.

Hadisənin motivi hələlik bəlli deyil.

Uherski Brod Praqanın 300, Slovakiya sərhəddinin isə 15 kilometrliyində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG