Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

Mövlud Çavuşoğlu Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edəcək


Mevlut Cavusoglu

Mevlut Cavusoglu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfəri çərçivəsində fevralın 26-da prezident İlham Əliyevlə birlikdə Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edəcək.

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Mövlud Çavuşoğlunun fevralın 24-də Bakıya rəsmi səfəri başlayıb.

Onun prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Səfər fevralın 26-da başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG