Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:46

Üç bələdiyyəyə seçkinin nəticəsi ləğv olundu


MSK bələdiyyə seçkilərinin rəsmi nəticələri oktyabrın 26-da elan edəcək
MSK bələdiyyə seçkilərinin rəsmi nəticələri oktyabrın 26-da elan edəcək

Oktyabrın 6-da 603 bələdiyyəyə keçirilmiş təkrar, əlavə, ilkin və yeni seçkilərin təşkilində qanun pozuntularına görə Mərkəzi Seçki Komissiyası (MSK) 54 saylı Dəvəçi-Siyəzən Dairə Seçki Komissiyasını tam buraxdı. Bundan başqa, daha üç bələdiyyəyə keçirilən seçkilərin nəticələri ləğv olundu. 21 məntəqədə isə seçkilərin nəticələri etibarsız sayıldı. MSK-nın sədri Məzahir Pənahov oktyabrın 25-də dairələrdən gəlmiş protokolların imzalanması zamanı bildirdi ki, cəzalandırılan dairələrdə baş verən qanun pozuntularına baxmayaraq, ümumilikdə bu seçkilər şəffaf və demokratik keçirilib.


Cənab Pənahovun dediyinə görə, qanun pozuntularını aradan qaldırmaq üçün gələcəkdə aşağı seçki komissiyaları üçün treninqlərin keçirilməsi planlaşdırılır. Bələdiyyə seçkilərinin rəsmi nəticələri oktyabrın 26-da elan olunacaq.


İlkin nəticələrə görəsə, 1901 nəfər bələdiyyə üzvü seçilib. Onların arasında bitərəflər və hakim YAP-ın üzvləri üstünlük təşkil edir.


Bu seçkini müşahidə etmiş Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Müşahidə Missiyası seçkilər zamanı texniki irəliləyişlər olduğu halda, səsvermə günü ciddi qanun pozuntularına yol verildiyini bəyan etmişdi.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG