Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:29

İpoteka kreditinin verilmə şərtləri dəyişilə bilər


Faiq Məmmədovun sözlərinə görə bu ilin sonuna qədər ipoteka şərtləri dəyişdirilə bilər

Faiq Məmmədovun sözlərinə görə bu ilin sonuna qədər ipoteka şərtləri dəyişdirilə bilər

İpoteka Fondu bu vaxta kimi mövcud olan ipoteka kreditlərinin verilmə şərtlərini sadələşdirmək istəyir. Bunu oktyabrın 25-də keçirilən tədbirdə İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov bildirib.

Cənab Məmmədov deyib ki, əsas narazılıqlar kreditin qaytarılma müddəti, kreditin maksimim həcmi və bir də Fondun banklara verdiyi faizlə bağlıdır.

İpoteka kreditlərinin qaytarılma müddəti 15 ildən 30 ilə uzadıla, kreditin maksimum həcmi 30 min yeni manatdan 60 min yeni manata qədər qaldırıla bilər, həmçinin Fondun banklara verdiyi kredit 6 faizdən 4 faizə endirilməsi də mümkündür
Bunu nəzərə alan Fondun təkliflərinə görə, ipoteka kreditlərinin qaytarılma müddəti 15 ildən 30 ilə uzadıla, tikinti bazarında qiymətlərin baha olduğu nəzərə alınaraq kreditin maksimum həcmi 30 min yeni manatdan 60 min yeni manata qədər qaldırıla bilər, həmçinin Fondun banklara verdiyi kredit 6 faizdən 4 faizə endirilə bilər.


Faiq Məmmədov deyir ki, bundan başqa ilkin ödəmə faizinin azaldılması da təklif edilir. Nə qədər azaldılacağının isə hələ konkretləşmədiyi bildirilir. İrəli sürülən təkliflərin nə vaxt təsdiqlənəcəyinə gəlincə cənab Məmmədov deyir ki, təkliflər paketinə müvafiq qurumlarda baxılıb və indi məsələ son müzakirə mərhələsindədir. Həmin müzakirələrdən sonra prezidentə təqdim olunacaq təkliflərin bu ilin sonuna qədər qəbul olunması gözlənilir.


Bundan başqa Faiq Məmmədov onu da bildirdi ki, indiyə qədər mənzil almaq istəyənlər yalnız aldıqları mənzili girov qoymaqla ipoteka krediti götürə bilirdisə, indi artıq digər yaşayış sahəsini girov qoymaqla da kredit almaq mümkündür. İpoteka kreditin əsasən kimlərə daha çox verilməsi məsələsinə gəlincə cənab Məmmədov deyir ki, bu məsələ prezidentin müvafiq fərman və sərəncamlarına öz əksini tapıb. Əsas üstünlük aztəminatlı və qismən ödəmə qabiliyyəti olan gənc ailələrə veriləcək.


Bu vaxta kimi 130 ipoteka krediti reallaşıb ki, bunun da yarısı banklar tərindən 8-12 faizlə verilib. Hazırda İpoteka Fondunda 250 müraciət araşdırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG