Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

-

Fevralın 24-də Göyçay rayonunda hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlanıb.

Bu haqda AzadlıqRadiosuna Göyçay Rayon Polis Şöbəsindən məlumat verilib.

«Taleh Xasməmmədov bir nəfəri döyüb və həmin adam şikayət edib. Hazırda istintaq bölməsindədir və ondan izahat alınır. İzahatdan sonra onun haqqında qərar veriləcək. Hələlik nə isə demək tezdir».

Hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova Arqument.az saytına bildirib ki, səhər saatlarında Göyçay bazarının yaxınlığındakı mebel salonuna daxil olarkən bir nəfər onlara yaxınlaşıb və Talehin üzünə tüpürüb: «Taleh ondan niyə belə etdiyi soruşanda yerə yıxılaraq özünü huşsuzluğa vurub. Şahidlərdən biri Talehin günahsız olduğunu dedikdə polis onu da həbs edib».

*Taleh Xasməmmədov bundan öncə, 2011-ci ilin noyabrında xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay rayon məhkəməsi onu haqqında 4 il azadlıqdan məhrum etmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azadlığa buraxılmışdı. O vaxt beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayırdı.

XS
SM
MD
LG