Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Rusiyapərəst separatçılar ağır silahların çıxarılmasına başlandığını deyirlər


Foto arxiv
Foto arxiv

Ukrayna hərbçiləri rusiyapərəst separartçıların hücumları davam etdirdiklərini deyirlər.

Ukrayna ordusunun söçüsü Anatoly Stelmakhın sözlərinə görə separatçılar fevralın 23-də Debaltseve şəhəri ətrafındakı kəndləri 7 dəfə atəşə tutublar.

O həmçinin separatçıların Ukrayna əsgərlərinin Donetsk ətrafındakı mövqelərinin artileriya atəşinə tutulduğunu, bundan başqa Mariupol şəhəri ətrafında 30 dəqiqləik atışma olduğunu deyir.

Stelmakh bir daha bildirib ki, Ukrayna ordusu ağır silahları cəbhə xəttindən atəşin tam dayandrılmasından sonra geri çəkəcək.

Separatçıların nümayəndəsi Eduard Basurin isə bu məlumatları təkzib edib, əksinə hökumət qüvvələri tərəfindən təxribatlar olduğunu və elə bir ciddi toqquşma baş vermədiyini deyir.

Onun sözlərinə görə separatçılar fevralın 24-də Debaltseve yaxınlığındakı sektor da daxil olmaqla cəbhə xəttindəki 4 ərazidən ağır silahların geri çəkilməsinə başlayıb.

XS
SM
MD
LG