Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

Psaki:"ABŞ Ukraynanın şərqində atəşkəsin pozulmasından narahatdır”


Jen Psaki
Jen Psaki

“ABŞ Ukraynanın şərqində atəşkəs rejiminin pozulmasından narahatdır”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki fevralın 23-də deyib.

O qeyd edib ki, Ukrayna hökuməti və rusiyapərəst separatçılar ötən istirahət günlərində əsir mübadiləsi ediblər.

Amma Vaşinqton Debaltseve, Mariupol və Ukraynanın şərqindəki digər ərazilərdə atəşkəsin pozulmasından hələ də narahatdır.

Fevralın 12-də Minskdə əldə edilmiş son razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən geri çəkməli idilər.

Amma tərəflər hələ də bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 5 mndən çox adamölüb.

ABŞ və Avropa Birliyi Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları silahlandırmaqda günahlandırır.

Moskva ittihamı rədd edir.

XS
SM
MD
LG