Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:41

İranla nüvə danışıqlarında irəliləyiş var


Ali Akbar Salehi
Ali Akbar Salehi

İranın nüvə proqramı ilə bağlı danışıqlarda bəzi irəliləyişlər olduğu bildirilir.

Amma vasitəçilər deyir ki, yekun razılaşma üçün hələ xeyli iş görülməlidir.

2 gün idi ki, Cenevrədə ABŞ və İran, habelə 5 aparıcı ölkə rəsmiləri danışıqlar aparılırdı.

Danışıqlar fevralın 23-də başa çatdırılıb.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov danışıqlardan sonra etibarın artdığını bəyan edib.

Qeyd edək ki, tərəflər iyunun sonunadək yekun razılığa gəlməyə çalışır.

Ryabkovun sözlərinə görə hər yeni danışıqlarda müəyyən irəliləyiş əldə olunur.

Çinin xarici işlər naziri Wang Qun da görüş iştirakçıları, xüsusilə də Vaşinqtonla Tehran arasında yaxınlaşma olduğunu bildirib.

Həmçinin İranın xarici işlıər naziri Javad Zarif bundan əvvəl danışıqların konstruktiv və ciddi olduğunu bildirib, amma qeyd edib ki, tərəflər hələ uzun yol keçməlidir.

Qeyd edək ki, Zarif Cenevrədə ABŞ Dövlət Katibi John Kerri ilə ayrıca danışıqlar aparıb.

O növbəti danışıqların martın 2-də İsveçrədə keçiriləcəyini bildirib.

Həmçinin ABŞ rəsmisi son danışıqlarda müəyyən irəliləyiş olduğunu bəyan edib.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının dincməqsədli olduğunu deyir.

Yekun razılaşmada İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması əvəzində ona qarçı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

XS
SM
MD
LG