Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:26

Qazaxıstan prezidenti Nursultan Nazarbaevin keçmiş kürəkəni Rakhat Aliev Vyana həbsxanasında ölü tapılıb.

Bu barədə Avstriya məhkəməsi və həbsxana rəsmiləri xəbər yayıb.

Həbsxana rəsmiləri onun özünü asdığını deyirlər.

Avstriya prokurorluğu onu 2007-ci ildə 2 qazaxıstanlı bankirin qətlində ittiham edirdi.

Qazaxıstan hakimiyyəti dəfələrlə Avstriya hakimiyyətindən onun verilməsini tələb etmişdi.

Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Rakhat Aliyev sonradan Nazarbayevin kəskin tənqidçilərindən birinə çevrilmişdi və ona qarşı məhkəmə işinin siyasi motivli olduğunu deyirdi.

O ötən ilin iyununda Avstriya hakimiyyətinə təslim olub və ogündən bnu yana həbsdə idi.

Qazaxıstan məhkəməsi 2008-ci ildə onu hakimiyyət çevrilişinə cəhd və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrup yaratma ittihamı ilə 40 il azadlıqdan məhrum edib.

O həmçinin 2013-cü ildə Qazaxıstanda müxalifət liderləri Altynbek Sarsenbaiuly və onun 2 tərəfdaşının qətlində şübhəli bilinirdi.

Avstriya 2 dəfə onu Qazaxıstana verməkdən imtina edib və 2011-ci ildə özü istintaq işinə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG