Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:16

ABŞ-da 2 nəfər terrorçuluğa görə 25 il cəza alıb


Əfqanıstanda partlayış

Əfqanıstanda partlayış

ABŞ-da 2 nəfər terrorçulara dəstək və Amerika vətəndaşlarını öldürməyə görə 25 illik həbs cəzası alıb.

37 yaşlı Sohiel Omar Kabir və 26 yaşlı Ralph Deleon-a cəza fevralın 23-də Kaliforniya məhkəməsi tərəfindən kəsilib.

Kabir Əfqanıstanda doğulub, ABŞ vətəndaşıdır. Deleon isə Filippin vətəndaşıdır. Onlara ittihamlar sentyabrda irəli sürülüb, terrorçulara maddi dəstək göstərməkdə, ABŞ ordu və hökumət işçilərinin qətlində təqsirli biliniblər. Onlar Əfqanıstanda ABŞ və müttəfiq qüvvələrə qarşı vuruşublar.

Məhkəmə altı həftədən çox çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG