Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:49

Hüseyn Abdullayevin valideynlərinin mülkü... park olacaq


Burda geniş park salınır.

Burda geniş park salınır.

-

Keçmiş deputat Hüseyn Abdullayevin valideynlərinə məxsus olduğu bildirilən, keçən ilin noyabrında uçurulan əmlakın yerində aparılan tikinti işləri intensivləşib. Yusif Səfərov küçəsindəki ərazidə işləyən fəhlələr deyir ki, bir neçə aya əsas işləri bitirəcəklər. Burda geniş park salınır.

Tikinti ərazisinin qarşısına vurulan lövhədə də bildirilir ki, burda Bakı şəhər İcra Hakimiyyəti başçısının 18.11.2014-cü il tarixli 542 saylı sərəncamı ilə park salınır.

BİR GECƏDƏ SÖKÜLƏN MÜLK

Hüseyn Abdullayevin valideynlərinə məxsus olduğu bildirilən mülk keçən il noyabrın 18-də bir gecədə sökülmüşdü. Bundan sonra Hüseyn Abdullayev sosial şəbəkədə yazmışdı ki, «mənim ailəmə aid nə mülk varsa, söksünlər, ya da zəbt etsinlər. Onsuz da gec-tez haqq-ədalət öz yerini tapacaq». O, baş verənləri ailəsinə qarşı təzyiq kampaniyası kimi qiymətləndirmişdi.

Yusif Səfərov küçəsində 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina sökülməmişdən əvvəl icarəyə verilirdi. Obyektin anbar kimi istifadə edilən geniş sahəsi də olub.

«SUSMA» VƏ ONDAN ƏVVƏL

2013-cü ildə Hüseyn Abdullayevin «Susma» marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilir. 2007-ci ildə Milli Məclisin deputatı olanda Hüseyn Abdullayev hökumətin hesabatının əvvəlcədən deputatlara verilməməsinə etiraz edəndən sonra onun hökumətlə yolları ayrılmışdı.

Həmin iclasda Hüseyn Abdullayev demişdi ki, «nə vaxta qədər bizi təhqir edəcəklər? Hətta sorğularımıza da cavab vermirlər». Deputat həmkarı Fəzail Ağamalı ona «otur aşağı» deyəndən sonra hər iki deputat əlbəyaxa olmuşdular. Bundan sonra Hüseyn Abdullayevin mandatı əlindən alınmışdı, sonra isə həbs olunmuşdu.

Həbsdən sonra o xaricə gedib, hazırda Almaniyada yaşayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG