Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:35

Alman həkimlər Savchenko-ya baş çəkib


Vatikanda Nadia Savchenko-ya görə aksiya
Vatikanda Nadia Savchenko-ya görə aksiya

-

Alman həkimlər Rusiyada həbsdə olan ukraynalı pilota baş çəkiblər. Nadia Savchenko iki aydan çoxdur həbsxanada aclıq edir.

Berlin onun sağlıq durumundan narahatlığını bildirib və azad olunmasına çağırıb.

İki həkim Savchenko-nu fevralın 15-də yoluxub, daha sonra onun iştirakıyla həbsxana həkimləri ilə söhbət edib. Xarici işlər nazirliyinin sözçüsü pilotun səhhəti barədə əlavə informasiya açıqlamayıb.

Savchenko dekabrda su və qlükoza pəhrizinə keçəndən 17 kiloqram arıqladığı bildirilir.

O, ötən ilin iyununda Ukraynanın şərqində separatçılar tərəfindən tutulub və Rusiyaya aparılıb. İki rusiyalı jurnalistin öldürülməsinə kömək etməkdə ittiham olunur. Özü ittihamları rədd edir.

Savchenko Ukraynada Rusiya işğalına qarşı müqavimət simvoluna çevrilib.

XS
SM
MD
LG