Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

Afrika yazıçısının əsəri Azərbaycan dilinə tərcümə edilib


Nigeriya əslli Britaniya vətəndaşı, yazıçı Məhəmməd Ömər qadın hüquqlarından bəhs edən «Əminə» adlı kitabının Bakıda təqdimatını keçirməyə gəlib. Məhəmməd Ömər böyüdüyü Nigeriya cəmiyyətində qadınların hüquqsuz olmasının uşaqlıqdan onu narahat etdiyini deyir. Bacısının təhsil ala bilməməyini, anasının hüquqlarının atasınınkından qat-qat az olmasını uşaqlıqdan görüb: «Hələ 11 yaşımda anamdan soruşurdum ki, niyə qadınlar belə yaşayır, niyə kişilərlə qadınlar arasında belə fərqlər var? Nəsə ümumi cavab verirdi».


Bu ümumi cavablar Məhəmməd Öməri qane etməyib və sonralar «Əminə» əsərini yazmağa başlayıb. Bu əsər ingilis, yunan, rus dillərinə tərcümə olunub və bir çox ölkələrdə yayılıb. Əsərin Azərbaycan dilinə tərcümə edilib yayılmasını yazıçı hadisə adlandırır.


Məhəmməd Ömərin «Əminə» əsəri qadın hərəkatından, evdar qadın olan Əminənin hüquqları uğrunda mübarizə aparmasından, bu mübarizənin böyük hərəkata çevrilməsindən bəhs edir. Kitabın redaktoru Sevda Məmmədli Əminənin üzləşdiyi problemlərin Azərbaycan qadınlarına tanış olduğunu deyir: «Yeganə fərq ondadır ki, Nigeriyada kişilər 4 arvad ala bilirlər, bizdə yox. Əminə də varlı bir kişinin dördüncü həyat yoldaşı olur. O heç nəyin qayğısnı çəkmir, ancaq tale elə gətirir ki, sonradan o ev qadınından fəal mübariz qadına çevrilir olduğu hərəkatda başqa qadınlar kimi həyat yoldaşını tərk edir».


Günün bütün mövzuları

XS
SM
MD
LG