Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:20

-

Fevralın 23-də Birləşmiş Ştatlarla Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Ukrayna münaqişəsinə görə bir-birini ittiham edib.

Rusiya xarici işlər naziri Sergei Lavrov deyib ki, Təhlükəsizlik Şurası Qərb dövlətlərinin qərarlarını "möhürləmək" üçün bir alətə çevrilib. O, Birləşmiş Ştatları "pis metodlarda" ittiham edib, "bir il öncə Ukraynada qeyri-konstitusion dövlət çevrilişini" də həmin sıraya aid edib.

ABŞ-ın BMT-dəki səfiri Samantha Powers Moskvanı BMT Xartiyasını pozaraq Ukrayna ərazisini tutmuş separatçılara təlim keçməkdə, onları silahlandırmaqda günahlandırıb.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib ki, Rusiya onun ölkəsində "hibrid müharibə" başladıb və Kiyev ölkənin şərqində sülhün saxlanması üçün BMT sülhməramlı missiyası istəyə bilər.

Litvanın xarici işlər naziri Linas Linkevicius Moskvanı zorakılıq və güc vasitəsilə Avropanın sərhədlərini yenidən çəkməyə çalışmaqda ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG