Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:32

İran nüvə danışıqlarında irəliləyiş olduğu bildirilir


John Kerry Cenevrə danışıqlarından sonra otelə qayıdır

John Kerry Cenevrə danışıqlarından sonra otelə qayıdır

-

Tehranın nüvə proqramına dair Cenevrə danışıqlarında irəliləyişin olduğu bildirilir. Danışıqlarda İran və ABŞ rəsmiləri iştirak edib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif fevralın 23-də, ikigünlük danışıqların yekununda deyib ki, görüş "faydalı, konstruktiv və ciddi" keçib, ancaq gediləsi "uzun bir yol" var.

Zarif ABŞ Dövlət katibi John Kerry ilə birbaşa danışıqlar aparıb. Onun sözlərinə görə, danışıqlar martın 2-də İsveçrədə davam edəcək.

ABŞ Administrasiyasının rəsmisi "irəliləyişin" əldə olunduğunu, altı fövqəldövlət və İranın həlli vacib "bəzi məsələləri sürətləndirdiklərini" bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG