Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:37

Putin Ukrayna ilə müharibəni "inanılmaz" adlandırır


Vladimir Putin fevralın 23-də Moskvada mərasimdə

Vladimir Putin fevralın 23-də Moskvada mərasimdə

-

Rusiya prezidenti Vladimir Putin deyir ki, Ukrayna ilə müharibə "inanılmazdır" və ümid edir ki, "heç vaxt olmayacaq". Fevralın 23-də Rusiya dövlət televiziyasına müsahibəsində Putin belə bir müharibəni "apokaliptik ssenari" adlandırıb.

Birləşmiş Ştatlar, NATO və Avropa Birliyi dövlətlərinin çoxu uzun müddətdir deyir ki, Rusiya Ukraynanın şərqində hökumətlə vuruşan rusiyapərəst separatçılara silah, hərbi texnika və əsgər göndərir. Putin bu iddiaları rədd edib və bildirib ki, Debaltseve şəhərində Ukrayna qüvvələrinin məğlubiyyətinə görə Kiyevin Rusiyanı günahlandırması pis haldır.

Putin əlavə edib k, Almaniya kansleri Angeal Merkel və Fransa prezidenti Francois Hollande-ı "anladığını" və "onlara ümumiyyətlə inandığını" düşünür. Onun sözlərinə görə, Ukrayna prezidenti Petro Poroshenko ilə münasibət saxlayır və inanır ki, Minsk atəşkəs sazişinə əməl olunacaq və Ukraynanın şərqində vəziyyət "tədricən normallaşacaq".

Günün bütün mövzuları

XS
SM
MD
LG