Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:38

Azərbaycan İrandan 2 milyard kubmetr qaz ala bilər


Azərbaycan Gürcüstana enerji sahəsində istənilən yardımı göstərməyə hazırdır. Bunu Sənaye və Energetika naziri Natiq Əliyev deyir. Nazirin sözlərinə görə, Azərbaycan gələn il üçün öz qaz hasilatını dəqiqləşdirəndən sonra, Gürcüstana ediləcək mümkün ixracın da həcmi müəyyənləşə bilər. Natiq Əliyev deyib ki, qiymətlər uyğun olarsa Azərbaycan İrandan 2 milyard kubmetr qaz ala bilər. Rusiyadan alınacaq qazın həcmi və qiymətləriylə bağlı danışıqlar isə hələ başlanmayıb.


Nazir deyib ki, əgər Gürcüstan və İran arasında qaz ixracıyla bağlı danışıqlar müsbət nəticələnərsə, Azərbaycan bəzi texniki problemləri həll edəndən sonra öz ərazisindən Gürcüstana qaz ötürülməsinə hər zaman hazırdır.


XS
SM
MD
LG