Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:14

Azərbaycanın xarici ticarət dövriyyəsi 8,6 milyard dolları keçib


«Turan» İnformasiya Agentliyi Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, bu il oktyabrın 1-nə qədər Azərbaycanın rəsmi xarici ticarət dövriyyəsi 8,6 milyard dolları keçib. Bu dövrdə Azərbaycandan təxminən 2 min adda məhsul çıxarılıb ki, bunların da ümumi dəyəri 4,8 milyard dollardan çox olub. Azərbaycana isə təxminən 5500 adda və 3,8 milyard dollarlıq mal idxal edilib. Məlumatda qeyd olunur ki, 2005-ci ilin eyni dövrüylə müqayisədə ixrac demək olar ki, ikiqat, idxal isə 17 faiz artıb.


İxracdakı artım birbaşa olaraq neft və neft məhsulları ilə bağlıdır. Ümumi ixrac məhsullarının 85 faziə qədəri bu məhsulların payına düşür. Əvvəlki illə müqayisədə xam neftin ixracı 3 dəfə, neft məhsullarının ixracı isə 1,5 dəfədən çox artıb. 2006-cı ilin 9 ayında Azərbaycanın təsərrüfat subyektləri dünyanın 134 ölkəsi ilə idxal-ixrac əməliyyatları aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG