Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:30

-

«Böyüklərimizə müracət edirik, xahiş edirik ki, Avropa oyunları zamanı toy keçirməyin mümkünsüzlüyünü nəzərə alıb başqa vaxta təyin etsinlər»

Bunu AzadlıqRadiosuna açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

İyunun 12-dən 28-nə qədər Bakıda Birinci Avropa Oyunlari keçiriləcək.

O, «Avropa Oyunları zamanı toy mərasimləri qadağan edilib» fikirlərinə aydınlıq gətirib. Dövlət Yol Polisi İdarəsinin rəsmisi bildirir ki, bu qadağa deyil, tövsiyyədir:

Yollar bağlıdırsa toy necə ola bilər? Bu ərəfədə toyların keçirilməsi məqdəsə uygun deyil...

«Ən azından ölkədə olan qonaqların, idamançıların, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini hər kəs anlayır. Bu tədbirlərin keçiriləcəyi ərazidə avtomobillərin hərəkətinin məhdudiyyəti, nəqliyyatın istiqamətinin dəyişdirilməsi istər istəməz sıxlıq yaradacaq. Yollar bağlıdırsa toy necə ola bilər? Bu ərəfədə toyların keçirilməsi məqdəsə uygun deyil».

17 İYUNDAN TOYLAR YOXDUR

Bakıdakı şadlıq sarayları da 12-28 iyun tarixlərində toy şənliklərinə qadağa olmadığını bildirir. «Ay İşığı» restoranından AzadlıqRadiosuna bildiriblər ki, hətta həmin tarixlərdə toy etmək istəyənlər var:

«Biz ancaq mətbuatdan oxumuşuq, ağızlardan eşitmişik ki, belə bir qadağa var. Nəyəsə qadağa olanda idarələrə rəsmi məktub göndərilir. Rəsmi heç nə gəlməyib. Ümumiyətlə, iyunun 13-də toy üçün müraciət edənlər var. Belədə ki, iyunun 17-dən Ramazan ayı başlayır. Onsuz da 17-dən toylar olmayacaq».

Vaqif Əsədov

Vaqif Əsədov

Vaqif Əsədov nəqliyyata maneə törədən başqa bir səbəbi də qeyd edir.

O, yas mərasimləri üçün qurulan çadırların da nəqliyyatın hərəkətinə əngəl törətdiyini bildirib:

«Yas mərasimləri keçirilən zaman yolun hərəkət hissəsində qurulan çadırlar nəqliyyatda sıxlıq yaşadır. Bu «Yol hərəkəti haqqında qanun»un tələblərinə ziddir. Bunu edənlər məsuliyyətə cəlb edilir»- deyən Vaqif Əsədov yas məclislərinin mərasim zallarında keçirilməsini tövsiyyə edir:

«Bu günə qədər yas çadırılarına görə inzibati protokol tətbiq edilməyib, tövsiyyələr verilib. Çox yerdə mərasim zalları var. Bildiyimə görə, qiymətlər də çox münasibdir. Xahiş edirəm ki, yasların keçirilməsi ilə bağlı mərasim zallarından istifadə edilsin. Avropa oyunları zamanı isə yollarda çadırların qurulması mümkünsüz olacaq».

Tıxacların qarşısını almaq üçün başqa üsullardan da istifadə ediləcək.

Vaqif Əsədov deyir ki, nəqliyyatın tənzimlənməsi üçün qeyd edilən vaxtlarda yük maşınlarının hərəkətinə qadağa qoyulması nəzərdə tutulur. Hətta bir müddət paytaxt ərazisində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Məhdudiyyət rejimini tətbiq etmək üçün artıq Bakı Şəhər İcra Hakimiyyəti xüsusi buraxılış vərəqələri hazırlayıb. Bu vərəqələr yalnız müəyyən ərazidə yaşayan sakinlərin və fəaliyyət göstərən obyektlərin xidməti avtomobillərinə şamil olunacaq.

Birinci Avropa Oyunları 2015-ci ilin iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsi "Eurovision 2012" mahnı müsabiqəsi zamanı sürücülərə paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə müraciət etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG