Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Ermənistanda müxalifət fraksiyası parlamentin sessiyasını boykot edir


Naira Zohrabian və Vartan Oskanian
Naira Zohrabian və Vartan Oskanian

“Çiçəklənən Ermənistan” partiyasının parlamentdəki fraksiyası parlamentin növbəti 4 günlük sesiyasını baykot etmək qərarına gəlib.

Fraksiyanın nümayəndələri parlamenti tərk etməzdən əvvəl onların lideri Naira Zohrabian bildirib ki, fraksiya ölkə daxilindəki görünməmiş siyasi vəziyyətə görə belə bir addım atır.

Fraksiya yaxın günlərdə ictimaiyyətə geniş açıqlama, tərəfdaşlarına öz mövqei və növbəti addımlar barədə məlumat vermək fikrindədir.

Ermənistan prezidenti Serzh Sarkisian bu günlərdə bəyan edib ki, bu partiyanın lideri Garik Tsarukian siyasətdən getməlidir.

Partiyanın bir neçə üzvü son günlər qanunsuz silah saxlama ittihamı saxlanıblar.

Partiya fevralın 20-də prezident Sarkisianın istehfası tələbi ilə aksiya keçirməyi planlaşdırırdı.

Amma Tsarukian bütün mübahisəli məsələləri dinc və siyasi yolla həll etməyə hazır olduğunu bildirdikdən sonra mitinq təxirə salındı.

XS
SM
MD
LG