Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Gümrüdəki Rusiya bazasında xidmət edən erməni əsgər itkin düşüb


Foto arxiv
Foto arxiv

Gümrüdəki Rusiya bazasında xidmət edən erməni əsgər itkin düşüb.

Ermənistan polisinin fevralın 23-də verdiyi məlumata görə, 26 yaşlı əsgər Artur Afian vefralın 21-də itkin düşüb.

Onun Gümrü yaxınlığındakı qohumları ilə görüşünə izin verilib, amma həmin gündən bu yana əsgərdən sorqa yoxdur.

Əsgərin silahlı olduğu bildirilir.

Xatırladaq ki, həmin bazada xidmət edən Rusiya əsgəri Valeri Permyakov yanvarın 21-də hərbi hissədən çıxaraq 7 nəfərlik erməni ailəsini avtomat silahla qətlə yetirib.

Bu qətl Ermənistanda böyük qalmaqala səbəb oldu.

Yerli sakinlər əsgərin Ermənistanda mühakimə olunmasını tələb edir.

Amma Permyakov hazırda Rusiya bazasında saxlanır və orda mühakimə olunacağı gözlənilir.

XS
SM
MD
LG