Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:00

Kerri ilə Zarif Cenevrədə yenidən görüşüblər


Foto arxiv
Foto arxiv

Fevralın 23-də Cenevrədə ABŞ Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Javad Zarif arasında növbəti danışıqlar olub.Liderlər bundan 1 gün əvvəl də görüşüblər.

Görüşdə Birləşmiş Ştatların enerji katibi Ernest Monizvə İran Atom Enerjisi Agentliyinin rəhbəri Ali Akbar Salehi də iştirak ediblər.

İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehranla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Fransa və Almaniya iştirak edir.

Tərəflər iyunun sonunadək yekun razılığ əldə etmək qərarına gəliblər.

Yekun razılaşmada İranın uran zəngiləşdirilməsi üzərində işi dayandırması əvəzində , ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Qərb hesab edir ki, İran gizlicə nüvə proqramı üzərində işləyir, Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG