Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Gürcüstan prezidenti ukraynalı həmkarını Tbilisiyə dəvət edib


Georgi Margvelashvili

Georgi Margvelashvili

Gürcüstan prezidenti Georgi Margvelashvili ukraynalı həmkarı Petro Poroshenkonu Gürcüstana səfərə dəvət edib.

Bu barədə fevralın 23-də Gürcüstanın prezident aparatı məlumat yayıb.

Gürcüstanın baş prokurorluğu ötən həftə Ukraynadan keçmiş prezident Mikheil Saakashvili və keçmiş maliyyə naziri Zurab Adeishvilinin Gürcüstana verilməsini isyətib.

Gürcüstan hakimiyyəti onları vəzifə səlahiyyətlərini aşmaqda ittiham edir.

Ukrayna prezidenti Petro Poroshenko bu il fevralın 13-də islahatlarla bağlı beynəlxalq məşvərət şurası yaradıldığını və Mikheil Saakashvilinin onun rəhbəri təyin edildiyini bəyan edib.

Saakashvili Gürcüstanı 2013-cü ildə-səlahiyyətləri başa çatdıqdan sonra tərk edib və hazırda Kiyevdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG