Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:08

-

Fevralın 23-də İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş Azərbaycan milli komandamızın üzvlərini qəbul edib.

Bu barədə president.az saytı məlumat yayıb.

Məlumata görə, prezident qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik edib.

İlham Əliyev əldə edilən bu uğurları milli güləş məktəbinin yüksək zirvədə olmasının və Azərbaycan Güləş Federasiyasında işlərin səmərəli təşkilinin nəticəsi kimi dəyərləndirib.

İlham Əliyev deyib ki, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında güləşçilərimizin əldə etdikləri uğurlar uşaqların və gənclərin idmanın Azərbaycanda ən çox sevilən bu növünə olan marağının daha da artmasına stimul verir.

Azərbaycanda idmanın inkişafına toxunan İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışıb:

«Əldə edilən qələbələr Azərbaycan dövlətinin və xalqının gücünü göstərməklə yanaşı, həm də Azərbaycan gənclərinin istedadını və Vətənə sədaqətini bir daha nümayişi etdirdi».

Günün bütün mövzuları

XS
SM
MD
LG