Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36

AzadliqLive - 28 Fevral

Günün əsas xəbərlərini AzadliqLive-də yazıb, müzakirə edirik...


AzadliqLive fevralın 27-də efirdə olmuş AzadlıqLive-ı BURADA DİNLƏ

Proqramda bu mövzular müzakirə edilib:

- Avropa Oyunları Təşkiilat Komitəsi açıqlama yayıb ki, idmançıların pulunun ödənməsi qanunidir, yəni öhdəliyə uyğundur.

- İqtisad universitetinin tələbə-rektoru ilə müsahibə.

- Ailədə ikinci qız doğulanda bankda adına 10 min manat olan hesab açılacaq?

- Azərbaycan qazının Avropa perspektivləri.

Bu və digər mövzuları AzadliqLive-da BURADA DİNLƏ.

AzadlıqLİVE-in forumunda və Facebookda müzakirələr üçün günün sualı – Azərbaycanda universitetlərdə rektorların özləri də seçilməlidirmi yoxsa təyin olunmalıdır? ​

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç.

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

21:52 28.2.2015
22:43 27.2.2015

FEVRALIN 27-DƏ EFİRDƏ OLMUŞ AZADLIQLİVE PROQRAMINI BURADA DİNLƏ:

21:35 27.2.2015

Azad Rəhimov Avropa Oyunlarının xərclərindən danışır...

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov I Avropa Oyunlarına qatılacaq ölkələrin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi məsələsi ilə bağlı açıqlama verib.

Azad Rəhimov

Azad Rəhimov

Trend-in məlumatına görə, Azad Rəhimov açıqlamasında deyib ki, Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

Gənclər və idman naziri qeyd edib ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycana mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək: «Oyunları izləyən beynəlxalq tamaşaçı kütləsi sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək. Bildirmək istərdim ki, oyunlar üçün ayrılmış və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir».

Azad Rəhimov Avropa Oyunlarına nə qədər pul ayrılması haqda heç bir açıqlama verməyib.

18:43 27.2.2015

"Bütün xərcləri Azərbaycanın ödəməsi anormallıqdır"

“Futbol +” qəzetinin redaktoru Mahir Rüstəmli:" idmançıların müəyyən xərcləri ev sahibi tərəfindən qarşılana bilər-tutalım qalmaq, yemək xərcləri. Amma bütün xərcləri, hətta aviabiletlərin alınması, burda gəzmək-dolanmaq və başqa xərcləri Azərbaycanın ödəməsi əlbəttə, anormallıqdır. Bu, pulun havaya sovrulmasıdır. Bu, anlaşılmaz addımdır"- AzadlıqLive-da

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG