Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:34

Rəsmi xəbərdarlıq: Süni qiymət artıranlar cəzalandırılacaqlar


Bakıda supermarketlərdən biri - 22 fevral 2015

Bakıda supermarketlərdən biri - 22 fevral 2015

-

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlamaları daha da gücləndirib.

Məlumatı Trend yayıb. Bildirilir ki, qurum manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir.

Qeyd olunur ki, yoxlamaların nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Manatın məzənnəsində dəyişiklikdən sonra bəzi ticarət obyektlərində süni qiymət artımına rast gəlinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG