Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:48

Xədicə İsmayılın məhkəməsinə yenidən heç kəs buraxılmır


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə prosesi davam edir.

Açıq olmasına baxmayaraq, prosesə Xədicə İsmayılın ailə üzvləri, jurnalistlər və ictimaiyyət nümayəndələri buraxılmayıb.

Bu barədə AzadlıqRadiosuna ailə üzvləri məlumat verib:

«Binəqədi rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev bizə bildirdi ki, iştirak etmək istəyiriksə, Binəqədi rayon Məhkəməsinə ərizə ilə müraciət etməliyik. Ərizə yazıb vermişik, amma bizi yenə prosesə buraxmadılar».

Xədicə İsmayılın vəkili Elton Quliyevin dediyinə görə, fevralın 20-də jurnalist prosesə aldadılaraq gətirilmişdi. Jurnalisti kameradan çıxardanda vəkillə görüşə aparılacağı deyilsə də, məhkəməyə gətirilmişdi.

Müdafiə tərəfi prosesin həbsxana şəraitində keçirilməsinə etiraz edib. Bildiriblər ki, hazırlıq iclasında məhkəmənin açıq keçirilməsi haqqında qərar qəbul olunub. Amma vəsatət təmin edilməyib.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın CM-nin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Jurnalist ittihamı rədd edir və bunun siyasi motivli olduğunu bildirir.

XS
SM
MD
LG