Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:09

-

«Neftçi» - «Qarabağ» futbol klubları arasında oyunda baş verən insidentlə bağlı cinayət işi açılıb.

Bu barədə apa məlumat yayıb.

Nizami rayon Polis İdarəsinin açıqlamasına görə, hər iki klubun azarkeşlərinə qarşı CM-nin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Sonradan əməl CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiqetmə) maddəsinə tövsif olunub.

Hazırda Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaq aparılır.

Komandalar arasında oyun fevralın 19-da «Bakcell Arena» stadionunda olub.

Oyun 1:0 hesabı ilə «Qarabağ» komandasının qələbəsi ilə bitib.

Günün bütün mövzuları

XS
SM
MD
LG