Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:40

Avropa Şurasının rəhbəri sanksiyaların genişləndirilməsinə çağırır


Avropa liderləri fevralın 22-də Kiyevdə tədbirdə

Avropa liderləri fevralın 22-də Kiyevdə tədbirdə

-

Avropa Şurasının Prezidenti Donald Tusk deyib ki, Avropa Birliyi liderləri ilə məsləhətləşmələrdə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinin mümkünlüyünü müzakirə edəcək. Tusk fevralın 22-də Kiyevdə Ukrayna hərbçilərinin separatçılarla döyüşlərdə ələ keçirdiyi Rusiya hərbi avadanlığının sərgisində olub.

Tusk deyib ki, məsləhətləşmələrə fevralın 23-də başlayacaq. O, Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in devrilməsinin bir illiyi münasibətilə yürüşə də qatılıb. Almaniya, Litva, Moldova və Polşa prezidentləri də tədbirdə iştirak edib.

AB fevralın 16-da Rusiyaya qarşı qara siyahını genişləndirib. Siyahıya müdafiə nazirinin iki müavini, Dövlət Dumasının iki deputatı və separatçıların 15 lideri salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG