Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:01

Oscarı "Leviathan" deyil, "İda" qazandı


"Birdman" filminin rejissoru Alejandro Inarritu
"Birdman" filminin rejissoru Alejandro Inarritu

-

Polşa istehsalı olan "İda" filmi ən yaxşı xarici film nominasiyasında Oscar mükafatı qazanıb. Rejissor Pawel Pawlikowski-nin filmi yəhudi əsilli olduğunu öyrənən bir rahibə barədədir.

Bu film Polşaya ilk Oscar qazandırıb.

"İda"nın rəqibləri arasında Rusiya istehsalı olan "Leviathan" filmi də vardı. Rusiyada hakimiyyət və korrupsiyasının gücündən bəhs edən bu film ölkədə böyük mübahisələr doğurmuşdu.

Ən yaxşı film nominasiyasında qalib "Birdman" ("Quşadam") filmi olub. Alejandro Gonzalez Inarritu-nun filmi ən yaxşı rejissor işinə görə də birinci yeri tutub. Bu film Broadway səhnəsinə qayıtmaq istəyən keçmiş ulduz barədədir.

Ancaq veteran aktyor Michael Keaton "Birdman"dakı roluna görə ən yaxşı aktyor mükafatını ala bilməyib. Bu mükafatı "Hər şeyin nəzəriyəsi" (The Theory of Everything) filmində britaniyalı fizik Stephen Hawking obrazına görə Eddie Redmayne qazanıb.

Julianne Moore ən yaxşı aktrisa adını alıb – "Hələ də Alice" (Still Alice) filmində Alzheimer xəstəliyindən əzab çəkən qadın roluna görə.

XS
SM
MD
LG