Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

Arxeloqlar Bərdə şəhərinin 2300 il əvvəl salındığını deyirlər


Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri Bərdə rayonundakı Şortəpə abidəsinin yerləşdiyi ərazidə apardıqları arxeoloji qazıntılar zamanı bizim eradan əvvəl 3-4-cü əsrlərə aid ərzaq anbarları, taxıl məhsullarının qalıqlarını tapıblar. İnstitutun antik dövr arxeologiyası şöbəsinin müdiri, ekspedisiyanın rəhbəri İlyas Babayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, qrupun əldə etdiyi tikinti və maddi-mədəniyyət qalıqları, şəhərə aid bütün xüsusiyyətlər onu deməyə əsas verir ki, Şortəpə abidəsinin yerində böyük bir şəhər mövcud olub. Cənab Babayev deyir ki, bu, Bərdə şəhərinin yaradılmasının 2300 illiyini qeyd etməyə tam əsas verir.


Bərdə şəhərinin bir neçə kilometrliyində yerləşən qədim şəhər təxminən 5-6 hektar ərazini əhatə edir. İlyas Babayevin sözlərinə görə, onların arxeoloji qazıntı apardığı həmin ərazi qədim şəhərin mərkəzi hesab olunur. Bundan başqa, şəhər mərkəzinin ərtafında da xeyli tikililər olub. Arxoloqlar həmin dövr üçün qədim Bərdənin elə də kiçik şəhər olmadığı qənaətindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG