Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:09

Türkiyə Suriyada «Süleyman Şah» türbəsinin köçürülməsi ilə bağlı əməliyyat keçirib


Türkiyə tankı Suriya ilə sərhəddə

Türkiyə tankı Suriya ilə sərhəddə

-

Fevralın 22-ə keçən gecə Türkiyə ordusu «Süleyman Şah» türbəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Suriya ərazisinə girib.

«Süleyman Şah» türbəsi Türkiyə sərhədindən 37 km məsafədə - Suriyanın Karakozak kəndində yerləşir.

Türkiyə Silahlı Qüvvələrinin məlumatında deyilir ki, Süleyman şahın balzamlanmış cənazəsi və məqbərəni qoruyan 40 türk hərbçisi Suriya ərazisində daha təhlükəsiz bir yerə köçürülüb.

Əməliyyatda 572 türk hərbçisi, 100-dən çox tank və zirehli maşın, aviasiya iştirak edib.

Əməliyyat zamanı bir hərbçi qeyri-döyüş şəraitində həlak olub.

2014-cü ilin sentyabrında İŞİD yaraqlıları Hələbdə bir neçə türk əsgərini əsir götürəndən sonra Türkiyə məqbərənin mühafizəsini gücləndirmişdi.

Osmanlı imperiyasının banisi Sultan Osmanın atası I Süleymanın məqbərəsi türk anklavında yerləşir. 1921-ci il müqaviləsinə əsasən, türk hərbçiləri tərəfindən qorunur. Buna qədər məqbərənin yeri iki dəfə dəyişdirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG