Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35

-

Fevralın 21-i axşam saatlarında Luqanskdan 20 kilometr qərbdə Ukrayna hökuməti ilə Rusiyameylli separatçılar hərbi əsirləri dəyişdiriblər.

Ukrayna hərbçilərindən 139, separatçılardan isə 52 döyüşçü təhvil verilib.

Hərbi əsirlərin mübadiləsi Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin fevralın 12-də əldə etdikləri atəşkəs razılaşmasının əsas müddəalarından biri idi.

ABŞ-ın Dövlət katibi John Kerry deyib ki, Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Moskvaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirirlər.

Kerry separatçıların Debaltsevoya hücumunu, Rusiyanın separatçıları silah-sursat və hərbi texnika ilə təchiz etməsini atəşkəs rejimin ciddi pozuntusu kimi qiymətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG