Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:46

-

Avropa Yay Oyunları günlərində Bakıda toy keçirilməyəcək.

Sportinfo.az saytı yazır ki, paytaxtda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində toy təşkilinə icazə verilməyəcək.

Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub. Yarışmanın başa çatmasından bir neçə gün sonra isə Ramazan ayı daxil olacaq:

«Bu məlumatı ATV telekanalına açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da təsdiqləyib. O, bu addımın Olimpiya Oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını vurğulayıb».

KREDİT BORCU HANSI MƏZƏNNƏ İLƏ QAYTARILMALIDIR

Mərkəzi Bankın qərarı ilə manatın ABŞ dolları və avro daxil bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşması dollarda banklardan götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyini gündəmə gətirib.

«CLC» hüquq şirkətinin rəhbəri Pərviz Məmmədov marja.az saytına bildirib ki,müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə, yeni məzənnə ilə ödəniləcəyi barədə bir maddə nəzərdə tutulmayıbsa, borc kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Yox, müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki, borc yeni məzənnə ilə icra edilməlidir.

«Əhali və şirkətlər xarici valyutada, o cümlədən dollarda götürdükləri kreditlər üzrə borclarını borcu götürdükləri və ya müqaviləni bağladıqları tarixə mövcud olmuş məzənnə ilə ödəməli olacaqlar. Tələbə görə, borc dollarda ifadə olunsa da, ödəniş manat ilə aparılmalıdır. Qısası, yaranmış vəziyyət borcu dollarda götürənlərin çoxlarının xeyrinədir. Tutaq ki, indiyədək banka aylıq 100 dollar kredit borcu olan şəxs kassaya 79 manat ödəyirdisə, bu gün 105 manat deyil, yenə 79 manat (83 dollar) ödəyərək aylıq borcunu bağlaya bilər. Bunu Mülki Məcəllə deyir».

SINIQ KÖRPÜDƏ BARMAQLIQLAR QURAŞDIRILIB

«Yeni Müsavat» qəzeti yazır ki, Sınıq Körpü buraxılış məntəqəsində Azərbaycan vətəndaşlarının Gürcüstan tərəfə keçməsində sıxlıq yaranıb. Buraxılış məntəqəsinin piyada keçidinin girişində quraşdırılmış barmaqlıqlar saatlarla bağlı qalıb, adamlar soyuqda gözlədilib.

Sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarının bildirdiyinə görə, bu barmaqlıqlar yaxınlarda quraşdırılıb:

«Bizi soyuqda gözlədirlər. Sırf insanların gözləməsi üçün ayrılmış zallara buraxmırlar. Bu vurub onun, o vurub bunun üstünə atır, qalmışıq belə... Mən, bu yolu tez-tez gedib-gələn adamam, hər dəfə bir oyun çıxarırlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG