Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Fevralın 21-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransı keçirilir.

Hərəkatın Təşkilat Komitəsinin sədri, Müsavat Partiyası başqanlığına keçmiş namizəd, iqtisadçı Qubad İbadoğludur.

ADR Müsavat Partiyasının qurultayından sonra, 13 nəfərin iştirakı ilə yaradılıb. Hərəkatda əsasən başqan seçkilərindən və partiyadaxili münasibətlərdən narazı qalan müsavatçılar və ya partiyadan istefa verənlər təmsil olunsa da, sonradan ora başqa siyasi qüvvələr də qoşulub.

Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli konfransa 267 nəfərin qatıldığnı bəyan edib. Onlar arasında Ümid, Klassik Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının üzvlərinin təmsil olunduğunu bildirib. Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlu xəstə olduğundan konfransa gəlməsə də, məktub göndərib,ADR-ə qoşulduğunu bəyan edib.

Təsis konfransında Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib.

Təsis konfransında açıq səsvermədə 1 nəfər bitərəf qalıb, qalanlar Qubad İbadoğlunun sədr olmasına səs veriblər.

ADR sədrliyinə namizədliyi irəli sürülmüş Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər.

Qubad İbadoğlu bildirib ki, ADR Hərəkatı ölkənin gələcəyi üçün mühüm bir qurum olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG