Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:09

Franz Kafka. Milenaya məktublar


"Qanun" nəşriyyatının çap etdiyi yeni kitaba böyük Avstriya yazıçısı, “Qəsr” və “Dəyişilmə” əsərlərinin müəllifi Franz Kafkanın aşiq olduğu çex jurnalisti Milena Yesenskayaya ünvanlanmış məktubları daxil edilib.

1920-ci ilin yazında o, F.Kafkanın nəsrini çex dilinə tərcümə etməyə başlayıb, onların yazışmaları və sevgi macəraları da elə o zamandan başlanğıc götürüb və cəmi bir neçə ay davam edib.

Kafkanın tərcümeyi-halını yazan Klod Davidin təbirincə desək, “onların eşqi yazıçının itmiş ümidinə və həyatına qüdrətli şəfəq saçsa da, sonradan heç vaxt olmamış bir boşluq yaradıb”.

Kafkanın daimi qorxu hissi və Milenanın ziddiyyətli xarakteri onların xoşbəxtliyini qeyri-mümkün edib ki, dərc olunan məktublarda da bu haqda dönə-dönə bəhs olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG