Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:47

Putin xaricdəki rusların müdafiəsinin Rusiya üçün prioritet təşkil etdiyini deyib


Prezident Vladmir Putin deyib ki, xaricdə yaşayan rusların müdafiəsi Rusiya üçün prioritet təşkil edir. Rusiya prezidenti Latviya və Estoniyanı rusdillilərin haqlarını qorumağa çağırıb. Putin bütün keçmiş sovet respublikalarına müraciət edib ki, dövlət dillərini qorumağa çalışanda rus dilini sıxışdırmasınlar.


Bu arada Rusiyada Litvaya casusluqda şübhəli bilindiyi deyilən bir məmuru həbs ediblər. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, tutulanın əlində dövlət sirləri toplanan cihaz olub. Bu ay Litva da bir rus rəsmisini casusluqda günahlandırıb ölkədən çıxarmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG