Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:13

Elgiz Sadıqov ev dustaqlığına buraxılıb


Arxiv fotosu: Berlində keçirilən Azərbaycan prezidentinin səfəri zamanı keçirilən etiraz aksiyasından görüntü. 21 yanvar 2015

Arxiv fotosu: Berlində keçirilən Azərbaycan prezidentinin səfəri zamanı keçirilən etiraz aksiyasından görüntü. 21 yanvar 2015

.

EV DUSTAQLIĞI DA SİYASİ SİFARİŞDİR...

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının keçmiş fəalı Əlövsət Sadıqlının oğlu Elgiz Sadıqovun həbsini ev dustaqlığı ilə əvəz edib.

Əlövsət Sadıqlı AzadlıqRadiosuna deyib ki, o məhkəmənin belə bir qərar verəcəyini gözləmirmiş. Hərçənd oğlunun zaminə buraxılmasını ədalətin bərpası da saymır:

“Mənim də, oğlumun da azadlığa buraxılmağımız görünür, tapşırıqdır”.

Əlövsət Sadıqlı

Əlövsət Sadıqlı

Rəsmi məlumatda fevralın 12-də saxlanan Elgiz Sadıqlıdan 5,32 qram, onun maşınından 1 kiloqram 505 qram marixuana götürülüb.

Əlövsət Sadıqlı oğluna şər atıldığını, Almaniyada yaşayan digər oğlunun siyasi fəaliyyətinə görə hakimiyyət tərəfindən cəzalandırıldıqlarını söyləyir.

Bir müddət öncə o özü polisə müqavimət ittihamı ilə məhkəməyə aparılsa da, sonradan bəraət alıb.​

Elgiz Sadıqlı ilə müsahibəni burada dinlə:

ELGİZ SADIQLI: “YOLDA CİBİMƏ BÜKÜLÜ QOYDULAR”

Fevralın 20-də ev dustaqlığına buraxılan Elgiz Sadıqovu vəkili Yavər Hüseynli öz zaminliyinə götürüb.

AzadlıqRadiosu Elgiz Sadıqovla müsahibəni təqdim edir:

- Elgiz bəy, həbs olunmağınız necə baş vermişdi?

- Səhər evdən çıxıb avtomobili işə saldım. Bir nəfər mənə yaxınlaşıb yolu soruşdu, mən də izah etdim. Sonra avtomobilinə oturub getdi. Heç nədən şübhələnmədim.

Həyətdən çıxanda baxdım ki, bir maşın dayanıb küncdə. Evin yaxınlığındakı dükan girdim. Geri qayıdıb maşına oturdum. Bu zaman iki nəfər üstümə düşüb, məni avtomobildən düşürməyə çalışdılar. Sonra həyətdə gördüyüm şəxslər onlara köməyə gəldi və məni zorla maşından düşürdülər. Gödəkcəm cırılmışdı. Üstümə qışqırırdılar ki, sən cinayətkarsan.

Qoluma arxadan qandal vurub Sabunçu rayon Polis İdarəsinə apardılar.

Yolda cibimə bükülü qoydular. Əlim qandallı idi deyə, heç nə edə bilmədim. İdarədə qandalı arxadan açıb, qollarımı qabaqdan qandalladılar. Bu zaman mən cibimə qoyduqları bükülünü çıxarıb oturduğum kreslonun arasında gizlədə bildim. Sonra şahid gətirdilər ki, üstümü yoxlasınlar. Nə qədər axtardılar, bükülünü tapa bilmədilər. Çox dilxor olmuşdular. Sonra biri otaqdan çıxdı və əlində kibrik qutusu gətirib masanın üzərinə atdı. Dedi ki, elə bu qutu səndən çıxıb.

Sonra məni maşınımın yanına apardılar. Oradan da bir bükülü çıxardılar. Dedim ki, xəbərim yoxdu heç nədən. Xeyri olmadı.

- İdarədə sizə qarşı hər hansı təzyiq oldumu?

Tural Sadıqlı

Tural Sadıqlı

- Fiziki yox, ancaq psixoloji təzyiq oldu. Məni rəisin yanına apardılar. O mənə dedi ki, sən dövlətçilik əleyhinə çıxırsan deyə, həbs olunmalısan. Dedi ki, ya özün hər şeyi boynuna al, 1-2 il iş verək, yaxud da döyüb boynuna qoyacağıq, 10 il də iş alacaqsan. Mən bildirdim ki, saxta izahata qol çəkməyəcəyəm.

- Qardaşınızla bağlı sual vermədilər?

- Müstəntiq soruşdu. Məni onun otağına çağırmışdılar. Uzanmışdı divanda, mən də əliqandallı dayanmışam. Dedi ki, qardaşın vaxtında artıq-əskik hərəkət etməsəydi, sən də indi əliqandallı qarşımda dayanmazdın. Soruşdum ki, qardaşım nə edib? Dedi, dövlətin əleyhinə çıxıb. Sonra məni məhkəməyə apardılar. Orada bütün olanları danışsam da, mənə məhəl qoyan olmadı.

Hakim mənim haqqımda 2 aylıq həbs-qətimkan tədbiri çıxardı. Bu qərardan şikayət etdik və fevralın 20-si apelyasi məhkəməsi zaminə buraxılmağımla bağlı qərar çıxardı.

Sabunçu rayon Polis İdarəsindən Elgiz Sadıqovun iddiaları ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

DİN isə fevralın 15-də, Elgiz Sadıqovun üzərindən və maşınından 1 kq-dan çox marixuana tapılması ilə bağlı məlumat yaymışdı.

Elgiz Sadıqov Almaniyada mühacirətdə olan fəal Tural Sadıqlının qardaşıdır. Tural Sadıqlı qardaşının həbsindən bir neçə gün öncə, prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı təşkil olunan etiraz aksiyasında fəal iştirak etmişdi. İndi atası hesab edir ki, o və Bakıda yaşayan oğlu Elgiz məhz həmin Almaniyadakı aksiyaya görə cəzalandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG