Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:38

Merkellə Hollande atəşkəsə əməl etməyə çağırıblar

Angela Merkel və Francois Hollande
Angela Merkel və Francois Hollande

“Biz Ukrayna böhranının həlli ilə bağlı Minsk razılaşmasının tam yerinə yetirilməli olmasına heç vaxt indiki qədər əmin olmamışıq”.

Bunu Fransa prezidenti Francois Hollande fevralın 20-da Parisdə Almaniyanın kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, atəşkəs rejimi bir neçə dəfə pozulub, amma indi buna bütün cəbhə boyu əməl olunmalıdır.

Hollande qeyd edib ki, Minsk razılaşmasını pozan istənilən ölkə sanksiyalarla üzləşəcək.

Həmçinin Merkel qeyd edib ki, əgər bu razılaşma pozulsa Avropa Birliyi sanksiya məsələsinə baxa bilər.

Ukrayna ordusu isə bu arada son 24 saat ərzində ölkə ərazisinə 20-dən çox Rusiya tankı, 10 raket sistemi və avtobuslar keçdiyini bəyan edib.

Ukrayna ordusu fevralın 18-də xeyli vaxt idi ki, ağır döyüşlər gedən Debaltseve şəhərini tərk ediblər.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən çıxarmalı idi.

Fransanın xarici işlər naziri Laurent Fabius isə bu arada bəyan edib ki, martın 3-də Parisdə Rusiya və almaniyalı həmkarları ilə Ukrayna münaqişəsini müzakirə edəcək.

XS
SM
MD
LG