Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:28

Vasitəçilər Qarabağda atəşkəsə əməl olunmasına çağırırlar


Arxiv fotosu: ATƏT-in Minsk Qrupunun həmsədrləri - Fransadan Pierre Andrieu, ABŞ-dan James Warlick və Rusiyadan Igor Popov, Yerevanda. 16 may 2014

Arxiv fotosu: ATƏT-in Minsk Qrupunun həmsədrləri - Fransadan Pierre Andrieu, ABŞ-dan James Warlick və Rusiyadan Igor Popov, Yerevanda. 16 may 2014

-

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərində məqsəd yanvarda cəbhə bölgəsində gərginliyin artmasından sonra tərəfləri atəşkəsə sadiq qalmağa çağırmaq olub”.

Həmsədrlərin regiona son səfərlə bağlı fevralın 20-də verdikləri birgə bəyanatda belə deyilir.

Həmsədrlər Azərbaycan və Ermənistan rəsmiləri, həmçinin separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşüb, tərəfləri atəşkəs rejiminə hörmətlə yanaşmağa çağırıblar.

Vasitəçilər prezident və xarici işlər nazirləri ilə münaqişənin həlli ilə bağlı növbəti addımları və prezidentlərin ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Həmsədrlər fevralın 16-19 arası Azərbaycan, Ermınistan və Dağlıq Qarabağda olublar.

Səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspchik də iştirak edib.

Bundan başqa onlar itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonunu zəbt ediblər. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik aparılan danışıqlar yekun sülh razılaşmasının imzalanmasına gətirib çıxarmayıb. Tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Sülh danışıqlarına ATƏT-in Minsk Qrupunun həmsədrləri - Fransadan Pierre Andrieu, ABŞ-dan James Warlick və Rusiyadan Igor Popov vasitəçilik edirlər.

Bakı Qərb ölkələrini bu münaqişəyə münasibətdə separatçı rejimin xeyrinə ikili standartlarla yanaşmada ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG