Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:24

Xələf Xələfov Almaniyanı Qarabağ separatçılarına qarşı sanksiyalara çağırır


Xələf Xələfov

Xələf Xələfov

-

Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu həftə Almaniya Xarici İşlər Nazirliyində növbəti siyasi məsləhətləşmələr aparıb. Bu zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikir mübadiləsi olub. Bu barədə “Turan”a Azərbaycanın Almaniyadakı səfirliyindən bildiriblər.

Məsələhətləşmələrin məzmunu barədə ətraflı məlumat verilmir.

Verilən məlumata görə, Xələf Xələfov münaqişənin həllində ikili standartlara son qoymağın və Avropa İttifaqının, o cümlədən Almaniyanın Dağlıq Qarabağ separatçılarına sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayıb.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonunu zəbt ediblər. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik aparılan danışıqlar yekun sülh razılaşmasının imzalanmasına gətirib çıxarmayıb. Tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Bakı Qərb ölkələrini bu münaqişəyə münasibətdə separatçı rejimin xeyrinə ikili standartlarla yanaşmada ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG