Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Fevralın 20-də Liviyada törədilən partlayışlarda 25 nəfər ölüb, azı 30 nəfər yaralanıb.

Agentliklərin məlumatına görə, hədəflər yanacaqdoldurma stansiyası, polis məntəqəsi və parlamentin sədri Agila Salahın Al Qubbah şəhərindəki evi olub.

Salah bu terror aktların Misirin İslam Dövləti yaraqlılarının mövqelərini bombalamasına cavab olduğunu deyir.

Ölkədə 7 hünlük matəm elan edilib.

Misirin hərbi-hava qüvvələri fevralın 16-dayaraqlıların Al Qubbah şəhəri yaxınlığındakı mövqelərini bombalayıblar.

İslam Dövləti yaraqlıları keçmiş Liviya dikdatoru Muammar Qaddafinin 2011-ci ildə devrilməsindən sonra ölkəyə nəzarəti ələ keçirməyə çalışırlar.

Hazırda ölkədə 2 rəqib hökumət və parlament var.

Günün bütün mövzuları

XS
SM
MD
LG