Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

-

Bakının Yasamal rayon Prokurorluğunda metronun «20 Yanvar» stansiyası yaxınlığında baş vermiş zorlama hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.

Respublika prokurorluğu bildirir ki, fevralın 15-də səhər 4 radələrində nömrəsi istintaqa məlum olan «Jiquli» markalı avtomobildə iki nəfər bir qadını maşına otuzdurub bıçaqla onu hədələyib pulunu alıblar. Sonra isə qadına təcavüz edilib.

İstintaq hələlik iki nəfərin şəxsiyyətini müəyyənləşdirə bilməyib.

Prokurorluq bildirir ki, Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib:

«Hazırda iş üzrə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG