Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Fevralın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli keçəcəyi, fasilələrlə yağış, sulu qar və qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Həmçinin fevralın 21-də bölgələrdə də arabir fasilərlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacaq.

Ölkə ərazisində soyuq hava şəraitinin fevralın 23-dək davam edəcəyi gözlənilir.

Bəzi yerlərdə çovğun olacağı ehtimal olunur. Yollar buz bağlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG