Ukrayna ordusunun sözçüsü Andriy Lysenko son 24 saat ərzində ölkə ərazisinə 20-dən çox Rusiya tankı, 10 raket sistemi və avtobuslar keçdiyini bəyan edib.
Onun sözlərinə görə bu qüvvələr hökumət qoşunlarının nəzarətində olan Mariupol yaxınlığındakı Novoazovsk şəhərinə doğru hərəkət edib.
Amma Moskva Ukraynanın şərqindəki rusiyapərəst separatçılara silah vermədiyini və bu ölkəyə əsgər göndərmədiyini iddia edir.
Ukrayna ordusu son 24 saat ərzində gedən atışmalarda 2 əsgərinin həlak olduğunu deyir.
Ukrayna hərbçiləri ötən gecə Kraxova kəndi və Mariupol ətrafındakı Berdyansk qəsəbəsi də daxil olmaqla Donetsk vilayətindəki mövqelərinin separatçılar tərəfindən atəşə tutulduğunu xəbər verir.
Həmçinin separatçılar Donetsk hava limanındakı mövqelərinin Ukrayna ordusu tərəfindən artileriya atəşinə tutulduğunu deyirlər.
Ukrayna ordusu fevralın 18-də xeyli vaxt idi ki, ağır döyüşlər gedən Debaltseve şəhərini tərk ediblər.
Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən çıxarmalı idi.