Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

“Daş yuxular” romanı Almaniyada çapdan çıxıb


-

Bu günlərdə Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanı Almaniyanın “Osburg Verlag” nəşriyyatında çapdan çıxıb.

Nəşriyyat öz saytında kitab haqda verdiyi qısa məlumatda bildirir ki, dünyada “qadağan olunmuş” kitablar siyahısına salınmış roman Bakı şəhərində Azərbaycan aktyoru Saday Sadiqlinin şahidi olduğu insan ovundan bəhs edir.

O, qəzəblənmiş kütlənin dövrəyə aldığı və ölümcül döydüyü erməniyə kömək edərkən ciddi xəsarət alır. Yerləşdirildiyi xəstəxanada ölüm və həyat arasında çarpışarkən, ermənilərlə azərbaycanlıların birlikdə dost kimi yaşadığı uşaqlığının keçdiyi cənnət guşəsi Əylis kəndini xatırlayır.

2013-cü ildə “başlıqlar, tezislər, temperamentlər”də (Alman radiolarında hər il keçirilən kitab tanıtımı verilişləri) “Daş yuxuların” ortaya çıxdığı dramatik şəraitdən bəhs olunmuş, bir müddət sonra roman alman dilinə çevrilmişdir. Roman klassik rus təhkiyəsində yazılıb.

“...əgər zorakılıqla öldürülən hər bir erməni üçün bir ədəd şam yandırılsa, bu şamların şöləsi ayın işığından daha parlaq olardı” (“Daş yuxular”).

Romanı almancaya Annelore Nitschke tərcümə edib, son sözün müəllifi Ernst von Waldenfelsdir.

Kitab mart ayından başlayaraq satışa çıxacaq.

Xatırladaq ki, Azərbaycanda bu romana görə yazıçını öz xalqını aşağılamaqda, tarixi saxtalaşdırmaqda ittiham ediblər.

KItabla bağlı Əkrəm Əylislinin özü də Azadlıq Radiosuna açıqlama verib.

- Əlbəttə kitabımın Almaniyada nəşri məni sevindirir. Kitab bədii ömrünü yaşamalıydı, onun siyasi ömrü mənim üçün maraqsızdır. Mən inanırdım ki, əsər layiq olduğu ömrünü yaşamağa başlayacaq. Yazıçılar, tənqidçilər buna fikir deyəndə mən sevinirdim, siyasətçilərin fikirləri isə mənə maraqsız idi.

Almaniyada kitabım çıxacağından xəbərim vardı, mənim dünyanın dörd ölkəsinin nəşriyyatı ilə müqaviləm var, bunlar Latviya, Finlandiya, İtaliya və Almaniya nəşriyyatlarıdır. Alman nəşriyyatından mənə kitabımın almanca nəşri barədə müraciət olunanda onlardan yeganə ricam o oldu ki, kitabı yüksək səviyyədə tərcümə etsinlər, tərtibatı gözəl olsun.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG