Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:28

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərində məqsəd yanvarda cəbhə bölgəsində gərginliyin artmasından sonra tərəfləri atəşkəsə sadiq qalmağa çağırmaq olub”.

Həmsədrlərin regiona son səfərlə bağlı verdikləri birgə bəyanatda belə deyilir.

Həmsədrlər fevralın 16-19 arası Azərbaycan,Ermınistan və Dağlıq Qarabağda olublar.

Səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspchik də iştirak edib.

Həmsədrlər Azərbaycan və Ermənistan rəsmiləri, həmçinin separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşüb, tərəfləri atəşkəs rejiminə hörmətlə yanaşmağa çağırıblar.

Vasitəçilər prezident və xarici işlər nazirləri ilə münaqişənin həlli ilə bağlı növbəti addımları və prezidentlərinin ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Bundan başqa onlar itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG