Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

ABŞ və Türkiyə Suriya üsyançılarına yardım edəcək


ABŞ-la Türkiyə Suriya rejimi və İslam Dövləti yaraqlılarına qarşı mübarizə aparan üsyançılara təlim keçilməsi və silah verilməsi ilə bağlı razılaşma imzalayıblar.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, söhbət mötədil müxalifət döyüşçülərinə yardımdan gedir.

ABŞ hərbçiləri bu məqsədlə regiona 400 dən çox hərbi qulluqçu göndəriləcəyini deyirlər.

ABŞ və Türkiyə əvvəllər bu məsələyə çox ehtiyatla yanaşır və hesab edirdilər ki, silahlar Əl Qaidə ilə əlbir olan yaraqlıların əlinə keçə bilər.

Başqa bir tərəfdən isə uzun illərdi ki, ölkə daxilində kürd separatçılaraına qarşı mübarizə aparan Türkiyə, Suriyadakı kürd yaraqlılarına bir qədər ehtiyatla yanaşır.

XS
SM
MD
LG