Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

AB və Britaniya Ukrayna böhranına "gözüyumulu sürüklənməkdə" ittiham olunur


Böyük Britaniyada Rusiya işğalına etiraz aksiyası

Böyük Britaniyada Rusiya işğalına etiraz aksiyası

-

Britaniyada parlament komitəsi bildirir ki, Avropa Birliyi və Britaniya Ukrayna böhranına "gözüyumulu sürüklənməkdə günahkardır".

Lordlar Palatasının AB komitəsi fevralın 20-də hesabat yayıb. Sənəd Britaniyanı vəziyyəti idarə etməkdə "fəal olmamaqda və ya bu işdə kifayət qədər gözə görünməməkdə" ittiham edib.

Hesabatda o da bildirilir ki, AB-nin Rusiya ilə münasibəti çoxdan "müsbət məcraya" yönəlib, ölkənin daha demokratik yolla getdiyi düşünülüb.

Nəticədə isə Rusiyanın AB-nin Kiyevlə yaxınlaşmaq planlarına düşmənçiliyinin necə dərinə işlədiyi dəyərləndirilməyib.

Hesabatda deyilir ki, Britaniyanın Ukrayna qarşısında xüsusi məsuliyyəti var, bu ölkənin ərazi bütövlüyünə dair 1994-cü il Budapeşt Memorandumunu imzalayan 4 ölkədən biridir.

Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, heç kəs Rusiyanın Ukraynanın şərqinə "ədalətsiz və qanunsuz" müdaxiləsinin miqyasını təsəvvür edə bilməzdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG